Həmid Heriçsinin “Yapon hokkusu” adlı yeni şeiri ilk baxışda xokkeydən, keçmişdən, bir neçə adamın xatirəsindən danışan qəribə və ironik mətn təsiri bağışlayır.
Amma misraların alt qatında başqa bir tarix tərpənir: öldürülənlər, sağ qalanlar, adları yaddaşdan silinənlər və hələ də “cəhənnəmdən” zəng edən səslər.
Başqa sözlə, şair burada tarixi danışmır, tarixin özünü danışdırır.
Gununsesi.info sözügedən şeiri təqdim edir:
Min doqquz yüz çoxdanıncı illərdəndi üzümdəki,
həmişəki bu kədər
P.S. O vaxtlar dəmir qapımız arxasında əvvəl bərkdən öskürdülər.
– Sizi Azərbaycanın xokkey komandasına seçiblər
dedilər.
Təklifi, sanki gizlindəki bir başqasına da eşitdirirdilər!
Çox-çox sonralar bircə nəfər,
“Sən və hazırcavab” Anar Məmədxanovun üzündəki sonsuz qəhər
mənə söylədi:
– Məni də xokkey forvardı seçmişdilər.
Bakının xokkey komandasındadı indi
Bütün bu ölülər.
Qatillər?
– Bütün dirilər!
– Doqquz iqlimi Azərbaycanda sevənlər!
– Cəhənnəmdən roominqlə zəng edənlər!
Min doqquz yüz çoxdanıncı illər.
Öl-dür-ül-dü-lər.
Bütün hok- ku- cu-lər,
Bütün xok- ke- ist- lər!
Həmid Hersçi









