Kinematoqrafçılar İttifaqında sədr seçkisinin tarixi məlum olub

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, seçki konfransı sentyabrın 11-i keçiriləcək.

Məlumata görə, hələlik yalnız AKİ-nin sədr səlahiyyətlərini müvəqqəti icra edən, İttifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi məlumdur.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb, sədrliyə namizədliyini geri çəkib.

 

Gununsesi.info