Sabah bu ərazilərdə işıq olmayacaq

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2026 22:37

Sabah Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində işıq olmayacaq.

Gununsesi.info  xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

Belə ki, 110 kV-luq “Cəlilabad” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat sabah 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Gununsesi.info