ABŞ dövlət katibi Marko Rubio oktyabr ayında Özbəkistana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, o, Səmərqənddə Mərkəzi Asiya-ABŞ sammitində (C5+1) iştirak edəcək və ticarət, investisiya və iqtisadi əməkdaşlıq mövzularında danışıqlar aparacaq.
ABŞ-nin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor bildirib ki, dövlət katibinin rəhbərlik edəcəyi nümayəndə heyətinə 100-dən çox ABŞ şirkətinin nümayəndəsi daxil olacaq.
Səfərin əsas məqsədi ABŞ və Özbəkistan arasında ticarət və investisiya imkanlarını genişləndirmək olacaq. Amerika tərəfi həmçinin Mərkəzi Asiyada iqtisadi modernləşmənin dəstəklənməsi və biznes əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək niyyətindədir.
Rubio səfəri çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə C5+1 formatında görüşündə iştirak edəcək.
Müzakirələr regionun iqtisadi əlaqəsi, enerji təhlükəsizliyi və Mərkəzi Asiya ölkələri və ABŞ-nin digər ortaq prioritetlərinə həsr olunacaq.
ABŞ dövlət katibi Özbəkistan Prezidenti Şavkat Mirzoyoyev və regional həmkarları ilə də ayrı-ayrılıqda görüşəcək.












