Tanınmış jurnalist Əvəz Zeynallının dəfn mərasimi keçirilir.
Gununsesi.info-nun xəbərinə görə, mərasim jurnalistin Binəqədədi rayonunda yerləşən evində keçirilir.
Qeyd edək ki, mərhum jurnalist uzun sürən onkoloji xəstəlikdən vəfat edib.
Onu da xatırladaq ki, mərhum Kürdəxana qəbirstanlığında, saat 12-dən sonra dəfn ediləcək.
O cümlədən mərhumun 3 və 7 mərasimi oktyabrın 4-də, Babək Prospektində yerləşən SOCAR-ın mərasim evində baş tutacaq.











