Temu sifarişi 4 gündür çatdırılmır: “İndi də geri qaytarırlar”

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2026 17:32

Temu sifarişinin çatdırılması ilə bağlı şikayət

Gununsesi.info  xəbər verir ki, vətəndaş Temu-dan etdiyi sifarişin kuryer şirkəti tərəfindən 4 gündür çatdırılmamasından narazıdır.

Şikayətçi bildirib ki, bağlamanın 2 dəfə ünvana gətirildiyi və qəbul edilmədiyi iddia olunur. Lakin onun sözlərinə görə, kuryer tərəfindən nə zəng edilib, nə də mesaj göndərilib.

“4 gündür Temudan sifarişimi kuryer gəzdirir. Guya 2 dəfə ünvana gəlib, biz qəbul etməmişik. Nə vaxtdan kuryer zəng etmədən, mesaj yazmadan ünvana gəlir? İkincisi, sübut etsin ki, gəlib ünvana və biz qəbul etməmişik.

Hansı əsasla bağlamanı yubadıb indi də geri qaytarır, təzədən Temuya göndərir? Bir qəpiklik çatdırılma xidməti göstərə bilmirlər”, – deyə şikayətçi qeyd edib.

Vətəndaş bağlamanın niyə vaxtında çatdırılmadığına və geri qaytarılmasının hansı əsasla həyata keçirildiyinə aydınlıq gətirilməsini tələb edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

Günay

Gununsesi.info