Ermənistan parlamentində kütləvi dava düşdü

  • Müəllif: Orxan
  • 29 Oktyabr 2026 11:30

Ermənistan parlamentinin cümə axşamı keçirilən iclası zamanı deputatlar arasında kütləvi dava baş verib.

Gununsesi.info xəbər verir ki, insident hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı başlayıb. Əvvəlcə hakim qüvvənin deputatları ilə müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının üzvləri arasında qarşıdurma yaranıb.

Daha sonra Taron Çaxoyanla “Güclü Ermənistan” fraksiyasının deputatı Qarnik Davtyan arasında dava başlayıb. Ardınca onlarla deputat insidentə qoşulub.

Qarşıdurma zamanı deputatlar bir-birinə yumruq və butulkalarla hücum ediblər.

Parlamentin spikeri Ruben Rubinyan isə hadisəyə dərhal müdaxilə etməyib. O, yalnız dava qızğın mərhələyə çatdıqdan bir müddət sonra təhlükəsizlik əməkdaşlarını çağırıb.

Bundan sonra parlamentin iclasında fasilə elan olunub.