BDU-ya rektor təyin olunan Məleykə Abbaszadə kollektivə təqdim olunub.
Gununsesi.info Report-ya istinadən yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Xatırladaq ki, bu gun Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib və həmçinin Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin edilib.











