Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb - FOTO

  • Müəllif: Firuzə
  • 23 Noyabr 2026 19:16

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

Gununesi.info xəbər verir ki, görüş Partriarxın Danilov monastırındakı iqamətgahında keçirilib.

Allahşükür Paşazadə Patriarx Kirilli 80 illik yubileyi münasibətilə təbrik edib.

Görüşdə həmçimin Azərbaycan ilə Rusiya arasında dinlərarası dialoqun daha da intensivləşdirilməsi məsələləri müzakirə edilib.

Görüşdə iştirak edən Azərbaycan səfiri Rəhman Mustafayev Azərbaycan və Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin yaxşı ənənələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəni qeyd edərək Patriarxa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarını təqdim edib.

Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb

Gununesi.info