İranda daha 139 nəfər koronavirusun qurbanı olub

  • Müəllif: admin
  • 20 Avqust 2020 14:59

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 139 nəfər vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 20 264 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa 2 279 yoluxma halı qeydə alınıb, indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 352 558 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 30 4236  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 869 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.info