Bərdə rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bərdə-Ağdam avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində Zümürxan kənd sakinləri – 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xidaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.











