Tərtərdə daha bir erməni təxribatı: Müstəntiq yaralandı - RƏSMİ

  • Müəllif: admin
  • 03 Oktyabr 2020 15:50

“Ermənilər tərəfindən atılan top mərmisi Tərtər Rayon Prokurorluğunun yaxınlığına düşüb və nəticədə, müstəntiq yaralanıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 1989-cu il təvəllüdlü prokurorluq əməkdaşı (müstəntiq) xəstəxanaya yerləşdirilib:

“Həkimlər tərəfindən əməliyyata alınıb. Ümid edirik ki, onun həyatını xilas etmək mümkün olacaq”.

Gununsesi.info