Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib, 16 PKK-çı öldürülüb

  • By ilhame
  • 23 Avqust 2024 13:03

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub Hakurk, Asos, Gara ve Metina bölgələrində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının 16 üzvü öldürülüb.

 

Nazirlikdən qeyd edilib ki, terrora qarşı mübarizə əzmlə, müntəzəm davam edir.

Gununsesi.info