Məktəb müəllimlərinin orta aylıq maaşı açıqlandı

  • Müəllif: Orxan
  • 20 Dekabr 2024 11:04

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1000 manata yaxındır.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib.

Gununsesi.info