Neftçalada motosiklet kanala düşdü: - Ölən var

  • Müəllif: Orxan
  • 20 Dekabr 2024 11:02

Neftçala rayonunda motosiklet kanala düşüb, ölən var.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıqışlaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb.

Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Məzahim Səttar oğlu Hüseynov hadisə yerində ölüb.

Gununsesi.info