Bu ilin ilk yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.
Gununsesi.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Xidməti aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərib.









