Braziliyanın keçmiş prezidenti Bolsonaro ev dustaqlığına məhkum edilib

  • Müəllif: Orxan
  • 05 Avqust 2025 14:35

Braziliyanın Ali Məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş prezident Jair Bolsonaronu ev dustaqlığına məhkum edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun məhkəməsində irəliləyişlər olub.

Ali Məhkəmə, keçən ay elektron ayaq biləyi bilərzik və komendant saatı tətbiq etdikdən sonra Bolsonaro ev dustaqlığına məhkum etdi.

Bildirilib ki, məhkəmənin hakimi Alexandre de Moraes, Bolsonaronun parlament üzvü olan 3 oğlunun videolarını sosial media hesablarında paylaşaraq ona verilən ehtiyat tədbirlərini pozduğunu əsas gətirərək ev dustaqlığı qərarı verib.

Bu qərar nəticəsində Bolsonaronun yalnız ailə üzvləri və vəkilləri ilə görüşmək hüququ olacağı, evindəki bütün cib telefonlarının müsadirə ediləcəyi bildirilir.

Orxan

Gununsesi.info