Yaponiya sahillərində 5,7 maqnitudada zəlzələ

  • Müəllif: Günel
  • 22 Avqust 2025 08:40

Yaponiyanın Honsü adası sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 117 min insanın yaşadığı İsinomaki şəhərindən 76 km şimal-şərqdə olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info