ABŞ-nin bu ştatında TikTok bloklanacaq

  • By admin
  • 16 Aprel 2023 20:39

ABŞ-nin Montana ştatında TikTok tətbiqi bloklanacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Montana ştatında bununla bağlı qanun layihəsi hazırlanır.

Qanun layihəsi qəbul olunarsa, Montana ABŞ-də TikTok-u qadağan edən ilk ştat olacaq.

Buna səbəb kimi sosial şəbəkədə məlumatların təhlükəsizliyinin təmin edilməməsi göstərilib.

Qeyd edək ki, Ağ Ev ötən ay TikTok-un istifadəsini dövlət qurumlarında qadağan edib.

Gununsesi.info