ABŞ Səfirliyi “Fulbrayt” Magistr Təhsil Proqramı üçün müsabiqə elan edib

  • By admin
  • 20 Aprel 2022 22:40

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi 2022-2023-cü tədris ili üçün “Fulbrayt” Magistr Təhsil Proqramı üçün müsabiqə elan edib.

Proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, proqram Azərbaycandan olan gənc mütəxəssislərə ABŞ universitetlərində bir il və ya daha çox müddət ərzində təhsil almaq və müvafiq sahələr üzrə magistr dərəcəsi əldə etmək imkanı verir.

Proqramda iştirak etmək istəyənlər mayın 31-dək ABŞ-ın Azərbaycandakı Səfirliyinə müraciət edə bilər.

Bu proqram azərbaycanlı tələbələrə Amerika universitetində bir tədris ili ərzində rəhbər dissertasiya tədqiqatı aparmağa imkan verir. Qrantlar 6 aydan 9 aya qədər davam edir, PJD məzunları müraciət edə bilər.

İştirakçılar açıq müsabiqə yolu ilə seçilir. Proqram ABŞ universitetində ödənişsiz təhsili, yaşayışı, sağlamlıq sığortasını və beynəlxalq aviabiletləri əhatə edir.

Müraciət edənlər Azərbaycan vətəndaşı olmalıdır və Azərbaycanda yaşamalıdırlar. Ərizəçilər şifahi və yazılı ingilis dilini bilməlidirlər (seçilmiş namizədlər seçim zamanı TOEFL imtahanından keçəcək).

Rəyçilər tərəfindən tövsiyə olunan ərizəçilər səfirliyin nümayəndələri, ABŞ və Azərbaycan alimləri və Fulbrayt məzunlarından ibarət seçim komitəsi tərəfindən ingilis dilində şəxsən keçirilən müsahibəyə dəvət olunacaq.

Rəsmi məlumatlara görə, hər il Azərbaycan tələbələri, tədqiqatçıları və müəllim heyətinə müxtəlif sahələrdə təxminən 15 Fulbrayt təqaüdü təqdim edilir.

“Azərbaycanda Fulbrayt proqramının məzunlar şəbəkəsi 180 Fulbrayt proqramının tələbəsi, 120 alim, 40 “Humphrey” proqramının mütəxəssisi və 50 TEA proqramının müəllimi ilə təmsil olunur.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin Tərəfdaşlıq və İnkişaf üzrə maliyyə müşaviri Şəms Mustafayeva, Qafqaz Regional Ekoloji Mərkəzinin proqram meneceri Tomris Bayramova və İqtisadi Tədqiqatlar Mərkəzinin təsisçisi Qubad İbadoğlu başda olmaqla məzunlarımızla fəxr edirik,” ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ildə Fulbrayt Proqramının yaradılmasının 75-ci ildönümü və Azərbaycanda fəaliyyət göstərməsinin 26 illiyində qeyd edib.

 

Gununsesi.info