“Açıq qapı” aksiyasında Birliyə daxil olan müraciətlərin sayı açıqlandı - FOTOLAR

  • By admin
  • 17 Fevral 2023 15:37

Həftənin hər cümə günü SOCAR “Azəriqaz” İB-də keçirilən “Açıq qapı” aksiyasında bu dəfə media nümayəndələrinin görüşünə qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək gəlib.

Aksiyada ilk olaraq çıxış edən İ.Kərbalayev cari ilin yanvar ayında Birliyə daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi ötən ay 1399 müraciətin ünvanlandığını qeyd edib. Qurum rəsmisi bu rəqəmin ötən ilin analoji dövrü ilə müqayisədə azlıq təşkil etdiyini vurğulayıb. İbrahim Kərbalayev 2023-cü ildə qaz infrastrukturunda qarşıya qoyulan hədəflərdən də söz açıb və qeyd edib ki, bu il ərzində 150-yə yaxın yaşayış məntəqəsində qazlaşma və yenidənqurma işlərinin görülməsi planlaşdırılıb.

Xalidə Şimşək isə Qəza Çağrı Xidmətinə fevral ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi bu rəqəmin 66515 olduğunu bildirib. Ünvanlanan müraciətlərin bəzi hallarda təkrarlandığını qeyd edən X.Şimşək qazlaşdırma işləri ilə əlaqədar 739 müraciətin qeydə alındığını vurğulayıb.

Bunlardan 9-u isə özlərini podratçı kimi təqdim edən işbazların qurbanına çevrilən vətəndaşlara məxsusdur. Bu baxımdan şöbə rəisi işbazlardan uzaq olmaq üçün Birliyin azeriqaz.az rəsmi internet səhifəsinə daxil olaraq orada qeyd olunan lisenziyalı podratçı şirkətlərlərdən biri ilə müqavilə əsasında qazlaşdırma işlərini görməyi tövsiyə edib.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Gununsesi.info