Adil Əliyev seçicilərinin problemlərini dinləyib

  • By admin
  • 31 Yanvar 2023 17:18

Milli Məclisin vitse-spikeri Adil Əliyev  deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yerləşən Ziya Bünyadov və II Şimal Şitilliyi küçələrində (Xutor) yaşayan vətəndaşlarla görüşüb.

Gununsesi.info-nun xəbərinə görə,  səyyar qəbulu keçirən Adil Əliyev sakinləri dinləyib.

Millət vəkili bildirib ki, sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb:

“Digər xüsusatların həlli istiqamətində aidiyyəti qurumlarla bərabər hazırda iş aparılır. Eləcə də, sakinlərin yaşadığı küçənin asfaltlanması ilə əlaqədar müraciətlərini Nərimanov bələdiyyəsinə ünvanlamışdım. Bələdiyyə tərəfindən asfalt örtüyü çəkilmiş əraziyə birgə baxış keçirdik, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində tərəfimizdən bütün addımlar atılır”.

Mətləb Yaqublu

Gununsesi.info