Afrikada yeni qazılmış minlərlə məzarın fotoları dünyanı şoka salıb - FOTOLAR

  • By admin
  • 08 Avqust 2020 22:12

Bütün dünyanın cənginə alan koronavirus bəlası Afrika qitəsini də çox ağır vəziyyətə salıb.

Gununsesi.info musavat.com-a istinadla xəbər verir ki, bu günə qədər Afrikada “Covid-19″virusuna yoluxanların sayı 1 milyonu ötüb. Dünyanın müxtəlif xəbər agentliklərinin Afrikadan çəkdikləri fotolar isə buradakı vəziyyəti bütün çılpaqlığı ilə ortaya qoyub.

Belə ki, Cənubi Afrikanın ən böyük şəhəri olan Yoxanesburqun kənarında yerləşən “Olifantesveil” məzarlığında yeni qazılmış minlərlə məzarın fotoları dünyanı şoka salıb.

Qeyd edək ki, koronavirus pandemiyasının başladığı ilk vaxtlarda Afrikada yoluxma sayı o qədər də çox deyildi. Lakin getdikcə yoluxma sayında rəqəmlər sürətlə artmağa başladı və xüsusən də Cənubi Afrika pandemiyadan daha çox əziyyət çəkən ölkələr sırasına düşdü. Beləliklə, Cənubi Afrika yoluxma sayına görə dünyada ən çox əziyyət çəkən ölkələr sırasında 5-ci yerdə dayanıb.

Son statistikaya görə bu günə qədər təkcə Cənubi Afrikada 545 mindən çox insan koronavirusa yoluxub, 9 min 909 nəfər isə virusdan dünyasını dəyişib.

Mütəxəsisslər isə bildirir ki, Afrika qitəsində, xüsusən də Cənubi Afrikada yetərincə test tətbiq edilməyib. Bunün üçün də rəsmi statistikada göstərilən rəqəmlər reallıqdan dəfərlərlə çoxdur. Yeni qazılmış minlərlə məzarlıqların fotoları da bu həqiqəti ortaya qoyub. Cənubi Afrika Tibbi Araşdırmalar Mərkəzindən bildirilib ki, koronavirusla bağlı ölüm faktlarının çoxu qeydiyyata alınmır.
Afrika xalqı bütün bunlara görə hökuməti günahlandırır. Xalq əvvəlcədən tədbir görmədiyi üçün hökumətə qarşı etiraz aksiyaları keçirməkdədir.

Gununsesi.info