“Ağdərə istiqamətində düşmənin xeyli sayda şəxsi heyət məhv edilib, UAZ-ı sıradan çıxarılıb” - MN

  • By admin
  • 04 Noyabr 2020 14:11

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

 

 

Gununsesi.info