Aİ Şurası tok-şou deyil

  • By ilhame
  • 14 Noyabr 2023 20:51

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, ABŞ gələn il Ukraynaya hərbi yardımı azaldacağı təqdirdə nə baş verəcəyini bilmir.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Aİ Şurası tok-şou deyil və mən astroloq deyiləm, gələn il ABŞ-də nə baş verəcəyini bilmirəm. Biz bu cür spekulyasiyaları müzakirə etməkdənsə, daha ciddi hərəkət etməliyik”.

Borrell cari işlərlə məşğul olduğunu və spekulyasiyaya vaxt itirməyə hazır olmadığını vurğulayıb.

O, həmçinin bəyan edib ki, Avropa İttifaqının öz sursat anbarı yoxdur, ona görə də assosiasiya ölkələri Ukraynaya mərmi tədarük etməlidir.

Gununsesi.info