Akardan sərt mesaj: YUNANLAR BU ADLARI SATIR

  • By admin
  • 08 Yanvar 2022 17:07

Türkiyənin dialoq çağırışlarına baxmayaraq, Yunanıstan AB-yə sığınaraq təxribatlarını ört-basdır etməyə çalışır.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Eyni zamanda Yunanıstan Türkiyə ilə olan məsələlərini Türkiyə-AB, Türkiyə-ABŞ və ya Türkiyə-NATO probleminə çevirmək istəyir”, – nazir bildirib.

Akar vurğulayıb ki, Afina beynəlxalq müqavilələrə zidd olaraq ən az 16 adanı müxtəlif təlimlərə daxil edib:

“Afina beynəlxalq müqavilələrə əsasən Yunanıstana verilməyən ada və qayalara haqq iddia edir. Hətta bu adaların bəzilərini satışa çıxarır”.

Gununsesi.info