AKP sözçüsü: “Türkiyə ordusu Qarabağda barışığın qorunmasında önəmli rol oynayacaq”

  • By admin
  • 25 Noyabr 2020 11:01

“Qardaş Azərbaycanın işğal altındakı torpaqlarının 30 il sonra azadlığa qovuşmasının sevincini yaşayırıq”.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik etdiyi  çıxışında deyib.

Ömər Çelik bildirib ki, Qarabağda Azərbaycanla Ermənistanın atəşkəs razılşaması əsasında daimi sülhə nail olunması çox önəmlidir: “Bu razılaşma əsasında 20 noyabrda Azərbaycanın işğalda olan Ağdam rayonu azadlıq qazandı. Qazanılan Qarabağ zəfərinin əldə saxlanması, regionda daim sülhü qorumaq çox önəmlidir”.

AKP sözcüsü deyib ki, Türkiyə Dağlıq Qarabağda sülhməramlı missiyasını icra edəcək: “Türkiyə Böyük Millət Məclisi də artıq ordumuza bu səlahiyyəti verib. Türkiyə ordusu regionda sülhün qorunması missiyasında önəmli rol oynayacaq”.

Gununsesi.org