Ali Məhkəmədə vətəndaşlara diqqətsizlik davam edir - TANINMIŞ VƏKİL DƏ NARAZIDIR

Azərbaycan Ali Məhkəməsinin sədrinin dəyişməsi deyəsən, bu yuxarı instansiya məhkəməsindən olan gözləntiləri doğrultmur.
Gununsesi.info bildirir ki, tanınmış vəkil Əkrəm Həsənov Ali Məhkəmədə üzləşdiyi çətinliklərdən danışıb:

“Ali Məhkəmədəyəm. Fevralda verdiyim kassasiya şikayətinin taleyini bilmirəm. Deyilənə görə iş hakim İlqar Dadaşovdadır. Amma məni elektron sistem vasitəsilə işə qoşmayıb. Ali Məhkəmənin ümumi telefon nömrəsinə də cavab verən yoxdur. Gəlmişəm qəbul otağına, burada da xeyli narazı insan gözləyir. Dedilər ki, əməkdaş elə indicə gəlib. Gözləyirəm zavallı xalqımla bərabər…
“Məhkəmə islahatları gedir”.

 

 

Şəbnəm
Gununsesi.info