Almaniya Rusiyaya Navalnı məsələsi ilə bağlı cavab verəcək

  • By admin
  • 25 Sentyabr 2020 15:30

Almaniyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı (KSQT) daimi nümayəndəliyi Rusiyadan Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar aldığı notaya 10 gün ərzində cavab verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Martina Fitz açıqlama verib.

Həmçinin Rusiya Baş Prokurorluğunun məsələ ilə bağlı ikinci tələbinin baxılması üçün Berlin Ədliyyə Nazirliyinə göndərildiyi bildirilib.

Bununla yanaşı Almaniya hökuməti, Navalnı məsələsi ilə əlaqədar əlavə addım atmağa ehtiyac görmədiklərini də qeyd edib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Rusiyanın Almaniya və KSQT-na Navalnı ilə bağlı göndərdiyi sorğulara cavab gəlmədiyini açıqlamışdı.

 

 

 

Gununsesi.info