Anar Eyvazov: “Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib”

  • By admin
  • 26 Oktyabr 2020 19:40

“Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub. Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

 

Gununsesi.info