Noyabrın 4-nə keçən gecə Sankt-Peterburq-Antalya aviareysi texniki səbəblərə görə 17 saatdan çox gecikib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pulkovo hava limanından məlumat verilib.
Qeyd olunub ki, aviaşirkət sərnişinləri qida və digər xidmətlərlə təmin etmək üçün tədbirlər görür.
Reysin bu gün axşam saatlarında həyata keçirilməsi gözlənilir.