AQTA paytaxtda və Xaçmazda ciddi nöqsanlar aşkarladı

  • By admin
  • 18 Oktyabr 2022 19:26

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub.

Gununsesi.info-nun xəbərinə görə, AQTA-dan “report”a bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 məntəqədə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
1. Bədəlov Faiq Tahar oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi Yenidən bərpa olunmuş qurğular sökülüb
2. Namazov Tujar Abizər oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küç., ev 2 Yenidən bərpa olunmuş qurğular sökülüb
3. Əhmədzadə Elvin

Müqarib oğlu

Xətai rayonu, Əhmədli qəs., Sarayeva küçəsi 20C Yenidən bərpa olunmuş qurğular sökülüb
4. Mikayılov İsmayıl

Murtuza oğlu

Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 Yenidən bərpa olunmuş qurğular sökülüb
5.

Məmmədov Məmməd Pərviz oğlu Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 Yenidən bərpa olunmuş qurğular sökülüb
6. Məmmədov Emin

Elxan oğlu

Xətai rayonu, S.Ə.Şirvani küçəsi Yenidən bərpa olunmuş qurğular sökülüb
Xaçmaz rayonu üzrə
7. Əhmədov Murad

Hakim oğlu

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi Yenidən bərpa olunmuş qurğular sökülüb
8. Kərimov Eyvaz Kərim oğlu Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi Yenidən bərpa olunmuş qurğular sökülüb
9. Məlikməmmədov Rəşad

İlyas oğlu

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi Yenidən bərpa olunmuş qurğular sökülüb

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Gununsesi.info