Artıq telefonlarınızın enerjisini 5 dəqiqədə doldura biləcəksiniz – Telefon pilində yeni dönəm

  • By admin
  • 25 Fevral 2023 12:30

Sürətli enerji doldurma ilə bağlı yeni bir texnoloji dönəm başlayır. Son zamanlarda “Ağıllı telefon” bazarındakı rəqabətin sürətli pil enerjisi texnologiyaları üzərində kökləndiyini söyləyə bilərik. Son dönəmlərədək telefon enerjisinin erkən doldurması ilə bağlı ciddi bir addım atılmamışdı.

Artıq yeni telefon emal edeən şirkətlər erkən enerji doldurma ilə bağlı ciddi rəqabət yarışına giriblər.

“Ağıllı telefon”ların işlədilməyə başlamasından 10 ildən çox zaman keçir. Yeni metodlarla yonqa seti, kameradan ekrana, toxunuşlu idarə, kabelsiz əlaqə kimi bir çox irəliləyişlər əldə edildi. Sürətli pil doldurma ilə bağlı önəmli uğur qazanmaq üçün alıcıların telefonların erkən dolma müddətinə özəl önəm verməsi şirkətləri daha qısa zamanda daha sürətli doldurmaq üçün bir sıra yolları araşıdrmağa, yeni xidmətlər gətirməyə vadar etdi.

Sürətli enerji doldurma texnologiyalarına daha çox köklənən şirkətlər bunu istər telefona girən “kabel”in keyfiyyətində, istərsə də divardakı elektrik yuvasına taxılan “qutu başlıqların” amperlerinin gücləndirilməsinə qədər bir sıra yeniliklərin şahidi oldu. Bunlar arasında telefon batareyalarının gücünün artırılması da daxildir.

Yeni müjdəyi veərək bildirə bilərik ki, irəlidəki dönəmdə telefonlarımızın enerjisinin erkən doldurulması üçün 5 dəqiqənizi alacaq texnologiyalardan biri də USB Fast Charger-dir. Doğrudur, bu qurğu hələlik hər yerdə tam istifadəyə verilməyib. Ancaq bununla bağlı ilk addımlar atılıb və bu icadın irəlilədilməsi üçün hazırda işlər davam etdirilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info