Aşıq Namiq Kəramət Böyükçölü hədələyib

  • Müəllif: Orxan
  • 28 Fevral 2026 10:56

Aşıq Namiq haqqında tənqidi paylaşımlar edən Kəramət Böyükçöl aşığın onu hədələməsi barədə məlumat verib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Kəramət Böyükçöl sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib:

“Aşıq Namiq zəng eləmişdi. Məni hədələdi. Dedim, aşıq, niyə əsəbəşmisən? Dedi, dəyərlərimizə dil uzatdığına görə. Dedim, hansı dəyər? Dedi, saz. Qayıtdım ki, saz dəyərdirsə, sənin qucağında nə gəzir? Telefonun o üzündə aşıqdan bir səs çıxdı. Elə bil pişiyin quyruğu qapının arasında qaldı”.