Nizamidə evdən oğurluq edən şəxs saxlanıldı

  • Müəllif: Orxan
  • 28 Fevral 2026 11:12

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb.

Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info