Azərbaycan neftinin qiyməti cüzi artıb

  • Müəllif: Orxan
  • 28 Fevral 2026 10:52

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dollar artıb.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % azalaraq 72,75 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info