ATƏT-in təcili iclası keçiriləcək

  • Müəllif: Firuzə
  • 13 Yanvar 2026 21:52

Ukrayna xarici işlər naziri Andrey Sibiqa, Kiyevin tələbi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təcili iclasının keçiriləcəyini elan edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bunun səbəbi Rusiyanın Ukraynaya zərbələri və Moskvanın ABŞ-nin himayəsi altında irəli sürülən sülh təşəbbüslərini nəzərə almamasıdır.

ATƏT-in təcili debatları yanvarın 15-i keçiriləcək və Rusiyaya beynəlxalq təzyiqin növbəti elementi olacaq.

Gununsesi.info