Avropa Məhkəməsi bu jurnalistlərə görə Azərbaycanı cərimələyib

  • By admin
  • 19 Yanvar 2023 13:50

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın tanınmış jurnalistləri Qənimət Zahid və Əvəz Zeynallının illər əvvəl yolladığı şikayətlə bağlı qərar verib.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda deyilir ki,
Xural qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı işdə KİVDF sədri Vüqar Səfərlinin iddiası üzrə Azərbaycan Məhkəməsi Əvəz Zeynallını cərimələyib.

Səfərlinin iddiasına görə, Zeynallı onun şərəf və ləyaqətini aşağılaylb. Buna görə yerli məhkəmə Xural qəzetini 5 min manat cərimələyib.

AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Qənimət Zahidovla bağlı qərar isə onun başqasına qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı idi. İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin o vaxtkı ofisinin yerləşdiyi “Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetiribmiş. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlqıdan məhrum etmə hökmü çıxarıblar. Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. AİHM-ə 2008-ci ildə göndərilmiş ərizədə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1 və 6.3(d)) pozuntusu mübahisələndirilmişdi.

AİHM bu işdə ərizəçinin dəalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Mətləb
Gununsesi.info