Avropa Məhkəməsi Rüstəm İbrahimbəyovun hökumətə qarşı şikayəti üzrə qərar çıxarıb - ÖZƏL

  • By admin
  • 09 Fevral 2023 00:03

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor mərhum Rüstəm İbrahimbəyovun hökumətə qarşı şikayəti üzrə qərar qəbul edib.

Gununsesi.info-nun özəl məlumatına görə, “İbrahimbəyov və başqaları Azərbaycana qarşı” adlı şikayət araşdırması başa çatıb və məhkəmə fevralın 16-da öz qərarını açıqlayacaq.

Şikayətdə Rüstəm İbrahimbəyovun Milli Şuranın prezidentliyə namizədi olmasından sonra onun və ailə üzvlərinin mülkiyyət hüququnun pozuntusundan bəhs olunub.

Cənab İbrahimbəyov vəfat edib,  qalan iki yaxını Bakıda yaşayır. İş iddiaçıların torpaq sahələrinə mülkiyyət hüququnun kompensasiya ödənilmədən qanunsuz olaraq ləğv edilməsinə aiddir. Konvensiyanın 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırılması hüququ) və Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə (mülkiyyətin qorunması) əsaslanaraq, ərizəçilər torpaqlarını itirmələrindən və daxili məhkəmələrin qərarlarında heç bir izahat verilməməsindən şikayətlənirlər” deyə redaksiyamıza daxil olan xəbərdə deyilir.

Qeyd edək ki, Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov 2013-cü ildə müxalif qüvvəllırin cəmləşdiyi Milli Şuranın prezidentliyə namizədi olub.

Onun mülkiyyət hüquqlarının pozulması da məhz bu qərardan sonraya təsadüf edib.

Pərviz Həşimli

Gununsesi.info