Avropanın bu ölkəsində “fəlakət xəbərdarlığı”: Buz yağacaq

  • By admin
  • 17 Yanvar 2024 13:53

Soyuq dalğadan donan yağış damcıları yolları xizək enişlərinə çevirir və hər tərəf buz qatı ilə örtülür. İki gün ərzində, yanvarın 17 və 18-də Almaniyanın mərkəzi və cənub bölgələri buz və qarın təsiri altında olacaq.

Gununsesi.info xəbər verir ki, bu səbəbdən bir çox bölgələrdə əhaliyə “fəlakət xəbərdarlığı” göndərilib.

Xüsusilə Münhen və Frankfurt hava limanlarında bir çox reyslərin ləğv ediləcəyi bildirilib.

Bilet alan sərnişinlərdən hava limanına yola düşməzdən əvvəl uçuşlarını yoxlamaq və məlumat almaları xahiş olunub.

Münhen və Frankfurtda bütün qısa və uzun məsafəli uçuş cədvəlləri əhəmiyyətli dərəcədə azaldılıb.

İki şəhər arasında uçuşlarda da böyük fasilələr olacaq. Hava limanının əməkdaşları buzları əritmək və bəzi uçuşlar həyata keçirmək üçün işə başlayıb.

Frankfurt və ətraf ərazilərdə bu gündən başlayaraq qısa müddətdə 40 sm-ə qədər qar yağacağı gözlənilir.

Buna görə də bir çox rayonlarda məktəblər bağlanıb. Şiddətli buzlaşmadan sonra Hessen əyalətinin mərkəzi və qərb hissələri qarın təsiri altında qalacağı üçün ictimaiyyətdən diqqətli olmaları xahiş olunub.

Güclü qarın ağırlığından ağacların aşması, nəqliyyat vasitələrinə və sərnişinlərə ziyan vura biləcəyi bildirilir. Frankfurt və ətrafdakı bəzi məktəblər, eləcə də Gross Gerau bölgəsindəki məktəblər çərşənbə günü bağlanıb.

Xüsusilə ölkənin mərkəzi və cənub rayonlarına buz və qar yağacağı, lakin mənfi hava şəraitinin bütün ölkə ərazisinə təsir edəcəyi bildirilib.

Gununsesi.info