Azərbaycan millisinin airbadminton üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib

  • By Admin08
  • 04 Sentyabr 2025 19:23

Azərbaycan millisinin sabah Bakıda startı veriləcək airbadminton üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Bu barədə Gununsesi.info-ya federasiyadan məlumat verilib.

Millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə B qrupunda yer alıb.

Komanda ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.

A qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, C qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.

Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.