Azərbaycanda sənaye balıq ovu qadağan edilir

  • By admin
  • 29 Mart 2022 18:58

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində – çaylarda, göllərdə, su anbarlarında aprelin 1-dən sənaye balıq ovuna moratorium qüvvəyə minir.

Gununsesi.info- nun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi qeyd edib ki, moratorium sentyabrın 1-dək davam edəcək.

“Qadağa müddəti meliorativ kollektorlara şamil edilmir”.

F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb:

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”.

Gununsesi.info