Azərbaycan Fransadan silah-sursat alıb

Bu ilin yanvar ayında Azərbaycan Fransadan 185 milyon 71 min dollar dəyərində məhsul ixdal edib. Fransadan idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə artıb.

Gununsesi.info xəbər verir ki, keçən ilin yanvarında Fransa Azərbaycana ən çox məhsul ixrac edən ölkələrin sıralamasında 14-cü sırada olub. Bu il birdən-birə irəli atılaraq Rusiyadan sonra 2-ci sırada qərarlaşıb.

Nə aldığımızı soruşmaq istəyirsinizə, soruşmayın. Çünki, alınan məhsulların Gömrük Mal Kodları “93” ilə (Silah-sursat) başlayır və məxfi məlumatlar kateqoriyasına daxil edilir.

Bu ilin yanvar ayında isə Ermənistanla Fransa arasındakı ümumi ticarət dövriyyəsi (həm idxal, həm də ixrac) cəmi 13,6 milyon dollar olub.

Allahverdi Aydın

Ekspert

Gununsesi.info