Azərbaycan millisi Avropa çempionu oldu

  • By admin
  • 07 İyul 2022 21:49

İyulun 7-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Gununsesi.info  xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında ölkəmizi qitə birinciliyində təmsil edən 4 güləşçi uğurlu çıxış edərək maksimum nəticəyə imza atıb. Belə ki, Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.

Möhtəşəm çıxış komanda hesabında da öz sözünü deyib. 100 xal toplayan Azərbaycan Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, iyulun 8-də U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.

Gununsesi.info