Azərbaycan millisinin oyununun vaxtı müəyyənləşdi

  • By admin
  • 26 May 2023 12:58

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun başlama vaxtı müəyyənləşib.

AFFA-nın yaydığı məlumata görə, “Dalğa Arena”da təşkil olunacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.

Gununsesi.info