Azərbaycan Premyer Liqası: “Keşlə” ilk xalını “Qarabağ”dan aldı, “Zirə” Səbaildən qələbə ilə dönür – VİDEO

  • By admin
  • 25 Sentyabr 2021 22:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Gununsesi.info  xəbər verir ki, açılış oyununda “Qarabağ” “Keşlə”nin qonağı olub.

“ASK Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunun 20-ci dəqiqəsində “Qarabağ” hesabı açsa da, 71-ci dəqiqədə “Keşlə” bərabərlik qolunu vurub.

Qarşılaşmada başqa qol vurulmayıb və bu, bakılıların mövsümdə qazandığı ilk xal olub.

 

Günün ikinci matçında “Səbail” “Zirə”ni qəbul edib.

“ASCO Arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 16-cı dəqiqədə “Zirə”nin gürcüstanlı hücumçusu Davit Volkov hesabı açıb. 26 yaşlı forvard 40-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

Beş dəqiqə sonra Yurgen Qoca hesab arasındakı fərqi azaldıb.

Oyunun ilk hissəsi bu hesabla başa çatıb və ikinci yarıda komandaların heç biri fərqlənə bilməyib.

Bu matçlardan sonra bir oyun artıq keçirmiş “Qarabağ” 11 xalla birinci pillədə qərarlaşıb. “Zirə” 8 xalla üçüncü pilləyə yüksəlib. “Səbail” 6 xalla 5-ci, “Keşlə” isə 1 xalla son sıradadır.

Gununsesi.info