Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

  • By admin
  • 17 Noyabr 2021 15:05

Daxili İşlər Nazirliyi ötən gün Şəmkirdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində Gədəbəy rayon sakinləri E.Zeynalovun idarə etdiyi “Mercedes”, S.Allahverdiyevin idarə etdiyi “VAZ-2106” və Bayram Gözəlovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə B.Gözəlov, arvadı Gəncalə və sərnişinlərindən Aliyə Əliyeva hadisə yerində ölüb.

B.Gözəlovun avtomobilində olan digər 3 sərnişini, habelə E.Zeynalov xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info