Milli Məclisin deputatı Razi Nurullayev vəzifəyə gələn şəxslərin qohum‑əqrəbasını və dost‑tanışını ətrafına toplamasını tənqid edib.
Gununsesi.info bildirir ki, bu barədə o sosial şəbəkəsində paylaşıb.
Deputat bildirib ki, Azərbaycanda çox vaxt vəzifəyə gələn şəxslər yaxınlarını irəli çəkir.
“”Mənim gətirdiyim dostum da olsa, qohumum da olsa, bacarıqlıdır, təcrübəsi var” deməklə kifayətlənmək düzgün deyil. Belə yanaşma nəticəsində yüz minlərlə daha bacarıqlı, savadlı insan işsiz qalır və CV‑ləri ilə iş axtarır”,-deyə deputat əlavə edib.
Şəbnəm












