Azərbaycanda hələ də müstəqil məhkəmə sistemi yoxdur - AVROPA PARLAMENTİ

  • By admin
  • 16 Mart 2023 12:29

Avropa Parlamentinin martın 15-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə ölkəmizdə insan hüquqları sahəsində vəziyyət tənqid edilib.

Gununsesi.info-nun sənədə istinadən verdiyi məlumata görə, Avropa Parlamenti bu qətnamə vasitəsilə Avropa İttifaqını Azərbaycanda insan hüquqları məsələlərinə biganə qalmamağa çağırıb.

Qətnamədə vurğulanır ki, Azərbaycanın insan hüquqları və əsas azadlıqlara hörmətlə bağlı göstəricilərinin hələ də çox mənfi olduğunu nəzərə almalı olan Avropa İttifaqı  ölkə ilə siyasi və enerji tərəfdaşlığını daha da dərinləşdirməzdən əvvələ  demokratiyanın təkmilləşdirilməsinə ehtiyac olduğunu nəzərə almalıdır: “Aİ və Azərbaycan 1996-cı il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi vasitəsilə demokratiyaya hörmətin ümumi prinsipi, beynəlxalq hüquq və insan hüquqları prinsipləri haqqında birgə razılığa gəliblər,  tərəflərin insan hüquqlarına, xüsusən də azlıqların hüquqlarına hörmət və təşviqi sahəsində əməkdaşlığa söz verdikləri halda  Azərbaycan hakimiyyəti dinc toplaşmaq və birləşmək azadlıqlarını təmin edən  Konstitusiyaya zidd olaraq bu azadlıqları ardıcıl və ciddi şəkildə məhdudlaşdırır. Azərbaycanda toplaşmağın faktiki qadağan olunmasına şərait yaradıb. Azərbaycanda müstəqil fəallıq, tənqidi jurnalistika və müxalifətin siyasi fəaliyyəti üçün məkan ciddi şəkildə məhdudlaşdırılıb. Bir çox fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin müstəqil qrupların fəaliyyətini məhdudlaşdıran qanun və qaydalara əsasən həbslə baş verir”.

Sənəddə deyilir ki, Azərbaycanda hələ də müstəqil məhkəmə sistemi yoxdur: “Bundan başqa vəkillərin işinə və müstəqilliyinə müdaxilə geniş yayılıb. Polisin  həbsxanasında günahı etiraf etməyə məcbur etmək üçün pis rəftarın geniş vüsət alıb. Məhbusların şəxsi ailə həyatına müdaxilələr, hörmətsizlik halları davam edir. Hakimiyyət orqanları adətən həbsdə işgəncə və digər pis rəftarla bağlı şikayətləri rədd edir və praktika cəzasız qalaraq davam edir.  Azərbaycan hakimiyyəti davamlı olaraq medianın çoxluğunu və ifadə azadlığını məhdudlaşdırır. Hökumətin siyasi opponentləri, hüquq müdafiəçiləri və jurnalistlər nifrət nitqinin və siyasi motivli zorakılığın hədəfinə çevrilir”.

 

Elmar Elnuroğlu

Gununsesi.info