Azərbaycanda nazirdən yüksək vəzifəyə TƏYİNAT

  • Müəllif: admin
  • 09 Oktyabr 2020 12:32

Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin Baş idarəsinə yeni rəis təyin edib.

Gununsesi.info-nun məlumatına görə, nazir F.Məmmədovun əmri ilə Cəfərov İlqar Xanlar oğlu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə rəis təyin edilib.

O, bu təyinata qədər Məhkəmə Ekspertizası Mərkəzində rəis vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev vəzifəsindən azad olunmuşdu. 

Gununsesi.info